Show

01 Mart

Kapital Bank  işçi axtarır – VAKANSİYA

Kapital Bank Partnyorlarla iş şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin əməkdaşlığa cəlb olunması;
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması; 
  • Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi; 
  • Taksit layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili; 
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri; 
  • Yüksək analitik qabiliyyət; 
  • Məsuliyyətlilik, Dürüstlük, Yeniliklərə açıq olması, Operativlik və Qərarvermə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa hr.kapitalbank.az portalından qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.