Show

21 Sentyabr

Kapital Bank işçi axtarır 

Kapital Bank namizədləri Masallı, Salyan, Quba, Xaçmaz, Şəmkir, Sabirabad və Şirvan fillialarında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

  • Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
  • Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
  • Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
  • Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
  • Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
  • İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
  • Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər :

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.