“Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Maliyyə sahəsində 3 ildən artıq iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
• Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi biliklər;
• Analitik düşünmə qabiliyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
• Baş ofis və filiallarda mühasibat uçotunun aparılması və yoxlanılması;
• Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;
• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.