“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər:
• Öncədən Ödəniş Kartlarının əməliyyatlarına köməklik etmək və kreditin fasiləsiz verilməsini təmin etmək.
• Müştərilərin kart hesabına köçürülməli olan vəsaitlərin mövcudluğunu təmin edilməsi və əsas hesabdakı balansın artırılması üçün vəsaitlərin idarə edilməsi şöbəsi/xəzinə ilə əlaqələndirməsi;
• Kredit ödənişləri üçün Öncədən Ödəniş Kartlarının proqnozlaşdırılan tələbinin müəyyən edilməsi məqsədi ilə baş ofisin şöbələri və filiallarla sıx əməkdaşlığın qurulması;
• Terminal şirkətləri və banklarla six əməkdaşlığın edilməsi və məhsuldar əlaqələrin qurulması, interfeysdə lazım olan hər hansı bir dəyişikliyin edilməsi, hər hansı bir əməliyyat və ya proses tipli dəyişiklikliyin edilməsi;
• Müştərinin Öncədən Ödəniş Kartlarının hesabına pul köçürmək üçün sorğu faylını hazırlanması, məlumatların yoxlanılması və kart emal edən şirkətin veb interfeysinə yüklənilməsi.
• Müəyyən edilmiş prosedura uyğun olaraq plastik kart inventarının daimi yenilənməsi və saxlanılması
• Terminallarla əlaqəli kritik problemlərin həllində CRM ilə işləmək, quraşdırılmış nağd pul terminallarının işlək vəziyyətdə olmasından əmin olmaq, nasazlığa rast gəldikdə, şikayətlərin vendor şirkətlərə yönləndirilməsi və operativ həllinin təmin edilməsi.
• Mədaxil Terminal Əməliyyatlarının idarə olunmasına kömək edilməsi və şirkətin hesabına vaxtında pul köçürməsinin təmin edilməsi.
• Banklar və onlayn kanallar vasitəsilə kredit ödənişləri üçün onlayn imkanların idarə olunmasına kömək edilməsi;
• Ödənişlər üçün əməliyyatın icra vəziyyəti ilə bağlı hesabatını hazırlanması və department rəhbərinə aylıq hesabatın verilməsi
• Satış kanallarının rüblük əməliyyatlar hesabatını vaxtlı şəkildə qərargaha təqdim edilməsi;
• Nağd əməliyyatlar üçün CBAR-ın uyğunluq qaydaları haqqında biliklərin mütəmadi yenilənməsi və FINCA Azərbaycanın hər zaman bu qaydalara əməl etməsinin təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
• İqtisadiyyat və ya İdarəetmə üzrə magistr dərəcəsi;
• Minimum 2 il maliyyə sektorunda effektiv əlaqələr qurmaq və tərəfdaşlarla əlaqələndirmə təcrübəsi;
• MS Ofis proqramlarının mükəmməl bilməsi (MS Excel, MS Word, Power Point və s.);
• Güclü ünsiyyət və vaxt idarəetmə bacarıqları;
• Azərbaycan dilində səlis biliklər, İngilis və Rus dillərinin bilməsi üstünlükdür.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Xidməti üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.