Show

06 Sentyabr

Kristal Abşeron işçi axtarır 

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Kiçik Smeta Mühəndisi

Tələblər:

– Ali təhsil (Mühəndislik, Layihərin idarə edilməsi, Xərclərə nəzarət və ya oxşar sahə üzrə);
– Azərbaycan dili mükəmməl, rus və ingilis dili arzuolunandır;
– Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
– Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramlarında sərbəst, ArchiCAD, Revit və Sketch UP proqramları üzrə işləmək bacarığı isə arzuolunandır;
– Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
– Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
– Detallara diqqətli yanaşmaq;
– Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
– Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı;
– Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
– Mürəkkəb tikinti layihələrində problem həll etmə və qərar verə bilmə bacarığı.

Vəzifə öhdəlikləri:

– Tikinti quraşdırma və təmir işləri üzrə smetaların və normalara əsaslanan qiymətlərə uyğun smeta sənədlərinin tərtib edilməsi (Boq'ların layihə çizgiləri üzrə hesabatlarının hazırlanması fərqlərin aşkar edilməsi);
– Tikinti və mühəndisi layihələrdə kəmiyyət/qiymət araşdırması və büdcənin hesablanması və peşakar yanaşılması;
– İş mühitinə sürətli adaptasiya olunma və podratçı təşkilatlarların vermiş olduğu təklif həcmlərinin yoxlanılmasında iştirak edilməsi;
– Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kiçik Smeta Mühəndisi” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.