Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə rəhbərliyə xidmət göstərmək;
- Departament rəhbərliyinin tapşırığı ilə tələb olunan yerlərə getmək və əməkdaşları aparmaq;
- Həvalə olunmuş nəqliyyat vasitəsinin qorunmasını və yararlı vəziyyətdə saxlanılmasını təmin etmək ;
- Təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərliyin avtomobilin sürülməsi ilə bağlı ona həvalə etmiş olduğu vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Avtomobil idarə edilməsi üzrə ən azı 3 il təcrübə;
- Yol hərəkəti qaydalarını bilməli;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“BC” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
- Səbrli və təmkinli olmalı;
- İntizamlı və məsuliyyətli olmalı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Sürücü qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.