Bakcell Pərakəndə satış üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vakansiya haqqında
Şöbə: B2C Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
Son müraciət tarixi : 19.08.2021
Sizin əsas vəzifə öhdəlikləriniz
*Gündəlik olaraq diler və subdiler şəbəkəsini ziyarət etmək, tabeçiliyində olan şəbəkəni daim genişləndirmək
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərin və digər müvafiq tapşırıqların dilerlər tərəfindən yerinə yetirilməsinə lazımi dəstək göstərmək
*Müvafiq bazar araşdırmaları və təhlillər aparmaq
*Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
*Dilerlərin satış məntəqələrinin şirkət standartlarına uyğunluğunu təmin etmək
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
*Müvafiq hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Ali təhsil
*Pərakəndə satış sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
*Hesabatlar və təqdimatlar hazırlama bacarığı
*Detallara diqqət yetirmə qabiliyyəti
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
*MS Office Proqramlarını bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.