Turan Bank Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.
Vakansiya üzrə tələblər:
1. Texniki sahə üzrə ali təhsil;
2. 2 ildən artıq informasiya sistemlərində İT üzrə təhlükəsizlik sahəsində iş təcrübəsi;
3. Müvafiq beynəlxalq standartlar (ISO 27001-27002) üzrə biliklər
4. Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər.
5. Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər
6. SIEM , DLP, Vulnerability scanner, File integrity və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
7. Səlis Azərbaycan dili, texniki sənədləri tam qavrayacaq səviyyədə ingilis dili bilikləri
8. Məsuliyyətlilik, daim öyrənməyə, inkişafa meyllilik
Vəzifə öhdəlikləri:
1. Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
2. Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
3. Bankın kompüter şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sazlamaların aparılması
4. Təhlükəsizlik insidentləri zamanı insidentə adekvat tədbirlərin həyat keçirilməsi
5. Məlumat təhlükəsizliyi üzrə müvafiq standartların tətbiq edilməsi
6. Məlumat təhlükəsizliyi üzrə bankdaxili qaydaların təkmilləşdirilməsində iştirak
Əmək haqqı: 1500 - 2000 AZN
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumat təhlükəsizliyi” yazmağı unutmayın.