Show

10 Avqust

PAŞA Sığorta işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri “Strategiya və Planlama üzrə baş mütəxəssis” (Strategy and planning Senior specialist) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə Öhdəlikləri:

• Şirkətin illik büdcə planlamasının hazırlanması və təsdiq edilməsini təmin etmək
• Şirkətin strategiyasının hazırlanması və təsdiq edilməsini təmin etmək
• Müxtəlif dövrlər üçün proqnoz hesabatların hazırlanması
• Strategiyanın icrasına nəzarət
• Biznes modellərin hazırlanması
• Bazar təhlilinin (Benchmarking, bazar iştirakçılarının təhlili) aparılması
• Strateji təhlilin həyata keçirilməsi
• Şirkətdaxili müxtəlif layihələrin maliyyə modelinin yaradılması və maliyyə təhlilinin aparılması
• Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanması

Namizədə tələblər:

• Ali İqtisadi və ya maliyyə təhsili, müvafiq vəzifədə ən azı 3 illik təcrübə
• Rus və İngilis dillərinin əla səviyyəsi
• Microsoft Office biliklərinin yüksək səviyyəsi, Power BI üzrə biliklər. Python və SQL biliklərinin olması əlavə üstünlük sayılır
• BMHS (IFRS) biliklərinin olması
• Böyük məlumat bazaları ilə işləmək bacarığı
• Planlama bacarıqları
• "Out of box" düşünmə
• Təqdimat bacarıqları

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını Strategy and planning Senior specialist "mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.