Show

09 Avqust

Azersun Holding işçi axtarır – VAKANSİYA

Azərsun Holding Risklərin idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

• Ali İqtisadi təhsilli olmalı;
• İngilis və rus dili bilikləri olmalı;
• Müvafiq sahə üzrə minimum 1 il iş stajı olmalı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları olmalı;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə bilikləri olmalı;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı olmalı.

İş haqqında məlumat:

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına `` Risklərin idarə edilməsi üzrə mütəxəssis`` başlığı ilə göndərə bilərlər.