Show

05 Avqust

Holcim işçi axtarır – VAKANSİYA

Holcim  B2B Ərazi üzrə Satış Nümayəndəsi vəzifəsinə işçi axtarır.
Şöbə: Kommersiya
İş saatı: 08:00-17:00

Əsas vəzifələr:

• Biznes imkanlarını fəal şəkildə araşdırır və fərdi fəaliyyət göstəricilərinin yerinə yetirilməsinə dəstək olur
• Kommersiya Siyasəti çərçivəsində kommersiya təklifləri işləyib hazırlayır
• Səfər planına uyğun olaraq Müştərilər, araşdırıcılar və təsiredici qüvvələrlə mütəmadi təkbətək görüşlər keçirir və ya telefonla əlaqə saxlayır
• Müqavilələrdə həcm, daşınma, qiymət və ödəniş şərtlərinə cavabdehdir
• Mövcud nəticələrə aid müştərilərlə biznes görüşlər təşkil edir, müvafiq əlavələrin və üzləşdirmə aktları, yol vərəqələri və s kimi sənədlərin imzalanmasını təmin edir
• Cavabdeh olduğu ərazinin bütün bizness parametrlərinə məsuliyyət daşıyır (bazar payı, həcmi, qiymətlər və qalıq borclar və aktiv sənaye istehlakçıları, iş yerləri və layihələr, mövcud borcların toplanması)
• Şirkətin istehsal və təchizat fəaliyyətini optimallaşdırmaq məqsədilə satışın həcmi, planlaşdırılmasını təhlil edir və proqnozlaşdırır
• FFG yerinə yetirilməsinə dəstək olan region və starteji Müştərilər üçün fəaliyyət planı hazırlayır;
• Kommersiya fəaliyyətinə aid qiymət, market araşdırmaları, səfərlər, nağd pulun toplanmasının proqnozlaşdırılması və s kimi kesabatlar hazırlayır və paylaşır
• Rəqabət və ixrac fəaliyyəti haqqında hesabatlar hazırlayır və sonda şirkətin startegiyasına uyğunluğa nəzarət edir
• Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına nəzarət edir
• İstehlakçılara texniki dəstək göstərir
• Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
• İşlədiyi rayonlarda Holcimin marketinq kompaniyalarında iştirak edir.
• Kommersiya fəaliyyəti ilə əlaqəli xərclərin (səyahət xərcləri, yanacaq sərfi, reklam materialları, marketinq fəaliyyətləri və s.) dəqiq idarə edilməsinə məsuldur.
• Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
• Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək

Bacarıq və Kvalifikasiyalar:

• İnşaat, tikinti materialları və ya iqtisadiyyat sahəsində ali təhsil
• Müvafiq sahədə iş təcrübəsi. Satış və ya Hazır Beton Məhsulları və hazır məhsullara texniki dəstək
• Xarici dil – İngilis və Rus;
• Güclü kompüter bacarığı-Office Proqramlarının etibarlı istifadəçisi (Word, Excel, PowerPoint)
• B kateqoriyalı sürücülük vəsiqəsi

Müraciət proseduru:

Maraqlananlar CV –lərini, mövzu hissəsində “B2B Ərazi üzrə Satış Nümayəndəsi” yazmaqla [email protected] , ünvanına göndərə bilərlər.

Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ərizələrin son qəbul tarixi: Avqust 31, 2021