Bank of Baku İT arxitektura və rəqəmsal transformasiya şöbəsinin baş eksperti vəzifəsinə işçi axtarır.
Əsas vəzifə və öhdəliklər
- Biznes tələblərin arxitektur təhlili
- Texnoloji həllərin hazırlanmasında və realizasiyasında iştirak
- Arxitektur həllər üzrə müvafiq sənədlərin hazırlanması və sistematik yenilənməsi
- Application Architecture, Data Architecture və Technical Architecture sahələrində proses və standartların yaradılması
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Sahə üzrə 3 ildən çox iş təcrübəsi
- Biznes analitikası üzrə və İT layihələrinin idarə olunmasında iş təcrübəsinə malik olması
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
- Togaf sertifikatına malik olması
- Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
- İş qrafiki: 5 iş günü, 09:00-18:00
- İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT arxitektura və rəqəmsal transformasiya şöbəsinin baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.