Azərşəkər Baş mühasib vəzifəsinə işçi axtarır.
Vəzifə ilə bağlı biliklər:
• Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
• Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır;
• Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
• Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
• Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
• Dövlət büdcəsinə məcburi ödəməli, Vergi, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
• Ayın bağlanmasını həyata keçirir;
Namizədə tələlər:
• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)
Əlavə məlumat:
İş yeri: Zərifə Əliyeva prospekti 93, BEGOC Biznes mərkəzi, 4 – cü mərtəbə
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Maraqlanan şəxslər öz CV formalarını "Baş mühasib" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.