“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Daxili Nəzarət İşçisi vəzifəsinə işçi axtarışı elan edir.
BAŞLICA FƏALIYYƏTLƏR
• Aparılacaq yoxlamaların planlaşdırılması: həftəlik olaraq detallı planlaşdırma və uzunmüddətli əhatəli planlaşdırma. Kredit portfeli illik plan əsasında yoxlanılmalıdır.
• İşin gedişatı (planlaşdırma məqsədilə), araşdırma, və yoxlamaların təfsilatları barədə həftəlik hesabat hazırlamaq. Nəticələr barədə “Risk və Uyğunluğun” İdarə Edilməsi Departamentinin Rəhbərinə məlumat vermək.
• Təlimat və qaydalara uyğunluğu təkmilləşdirmək üçün “Risk və Uyğunluğun” İdarə Edilməsi Departamentinin Rəhbərinə tövsiyələr vermək
• Lazım olduqda daxili auditorlara kömək etmək
• Toplanmış məlumatların, habelə hesabatların məxfiliyinin təmin edilməsi və müvafiq faylda saxlanılması
• Şirkətin nəqliyyat vasitəsi ilə ölkə daxilində iş səyahəti
• Bütün filiallara müşahidə səfərləri etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə prosesini yoxlamaq
• Hesabatların vaxtlı-vaxtında hazırlanması və “Risk və Uyğunluğun” İdarə Olunması Departamentin Rəhbərinə təqdim edilməsi.
• Təlimat və prosedurların pozulmasını minimuma endirmək üçün keyfiyyətin yaxşılaşdırılması sahələrinin bir hissəsini həll etmək üçün işçilərin təlimatlandırılması.
• Bütün kredit işçilərinin fəaliyyət və risklərini yoxlamaq
• Bütün nəzarət qeydlərini qoruyub saxlamaq.
• RCSA barədə Qiymətləndirmə aparmaq
TƏLƏBLƏR
• Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat
• Mikromaliyyə müəssisəsi və ya Bank sektorunda 2 il müvafiq iş təcrübəsi.
• Mikromaliyyə və bank sektorunun prinsip və təcrübələri barədə dərin bilik.
• Azərbaycan dili üzrə səlis bilik tələb olunur, İngilis dilini səlis bilmək üstünlükdür.
• MS Office (Word, Excel, Outlook, Powerpoint)
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 avqust 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Daxili Nəzarət İşçisi qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.