Invest Az Frontend developer vəzifəsinə işçi axtarır.
İŞ HAQQINDA MƏLUMAT:
• Saytların frontend hissələrinin hazırlanması;
• Promo-səhifələrin hazırlanması;
NAMİZƏDƏ TƏLƏBLƏR:
• 2 ildən artıq frontend-developer iş təcrübəsi
• İşə fəal və praqmatik yanaşmaq
• Yaxşı ünsiyyət bacarıqları
TEXNİKİ TƏLƏBLƏR
• Webpack, Gulp ilə iş təcrübəsi
• Photoshop və Sketch istifadə etmək bacarığı;
• Müxtəlif brauzerlərdə işləyə biləcək kod yazmaq.
• VueJS və ya ReactJS ilə iş təcrübəsi
• HTML, CSS, SCSS, Javascript-i yüksək səviyyədə bilmək
TƏKLİF EDİRİK:
• Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Tibbi sığorta
• Yüksək səviyyəli iş avadanlığı - iMac, Macbook, və s.
• Xətai metrosundan 10 dəqiqəlik məsafədə rahat ofis (Babək Plaza)
• İş saatları: 09:00-dan 18:00-dək;
• Nahar fasiləsi 13:00-dan 14:00-dək;
• Nahar şirkət tərəfindən təmin edilir;
Əlaqə: [email protected]
Diqqət: Göndərilən maillərin mövzusunda mütləq " Frontend Developer" qeyd edilməlidir.