“PAŞA Bank” ASC Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
• Monitorinq keyfiyyətinə cavabdehlik;
• Müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi;
• Müştərinin maliyyə vəziyyəti barədə məlumatın və hesabatların toplanması;
• “Nəzarət siyahısı” kateqoriyasına düşən müştərilərin analizi və izlənilməsi;
• Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət;
• Risklərin azaldılması məqsədilə planların hazırlanması.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr/Magistr təhsili
İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling
Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan)
Kompüter Bacarıqları: Microsoft Office
Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət və təqdimat bacarıqları, münaqişəni həlletmə bacarığı, innovative düşüncə və özünü inkişaf bacarıqları.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 10.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.