Baku Electronics İş vaxtı uçotunun aparılması üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
• Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək;
• Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona uyğun müvafiq əməliyyatların aparılması;
• Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun sənədləşməni təmin etmək;
• Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq sənədləşməni təmin etmək;
• Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılmas
• Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini təmin etmək;
• Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə Əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
• Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
• Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
• İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
• Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
Tələblər
• Ali təhsil
• Yaş həddi: 25-40
• İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
• Yüksək səviyyədə əmək məcəlləsi biliyi
• Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “İş vaxtı uçotunun aparılması üzrə Mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.