Kontakt Home Satış məsləhətçisi (Lənkəran, Quba, Bərdə, Masallı, Mingəçevir) vəzifəsinə işçi axtarır.
Tələblər:
• Satış təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
Vəzifələr:
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü).
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Satış Məsləhətçisi (Masallı): //qlor.me/krlm0qg0
Satış Məsləhətçisi (Mingəçevir): //qlor.me/krlltuos
Satış Məsləhətçisi (Lənkəran): //qlor.me/krllnrpu
Satış Məsləhətçisi (Quba): //qlor.me/krllvpdb
Satış Məsləhətçisi (Bərdə): //qlor.me/krllz7ft