Kapital Bank namizədləri Pərakəndə satış departamentinin Rəqəmsal satış şöbəsinin Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
∙Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq
∙Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə
təkliflər hazırlanması
∙Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq
∙Yeni satış texnikalarının və kanallarının formalaşdırılması
∙Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi
Tələblər:
∙Ali təhsil
∙Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır)
∙Microsoft Office proqramları üzrə biliklər
∙Məsuliyyətlilik, dəqiqlik və operativlik /
∙Təzyiq altında işləmə qabiliyyəti
∙Təqdimat bacarıqları
∙Qərar qəbuletmə bacarığı
∙Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.