Show

23 İyul

Avrora işçi axtarır – VAKANSİYA

Avrora “Satış Auditi” vəzifəsinə işçi axtarır.

İşin qısa təsviri :

Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi, inventarların mövcudluğunun və təyinatına uyğun istifadəsinin yoxlanılması və raporlanması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İnventarizasiya işinin aparılması;
• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Distribyutor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlanması;
• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
• Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
• Hərəkətsiz debitor borclarının təyin edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Analitik düşünmə qabiliyyəti;
• Qərar vermə qabiliyyəti;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Nəzarət və əlaqələndirmə.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali (iqtisadiyyat yönümlü);
• İş təcrübəsi : 1 il;
• Kompyüter bilikləri : MS Office (Excel, Word, Internet);
• Yaş həddi : 22-30;
• Avtomobilinin olması vacibdir.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Şəki filialı.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi-Şəki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.