Show

22 İyul

Gazelli Group işçi axtarır – VAKANSİYA

Gazelli Group “ Satış üzrə menecer ” vəzifəsinə işçi axtarır.

Namizədə tələblər

• Təhsil: Ali (İqtisadiyyat və riyyaziyyat fakültəsini bitirən şəxslərə üstünlük verilir)
• İş təcrübəsi: Analoji sahədə ən azı 2 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Analitik düşünmə və problemləri həll etmə bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Bazarın araşdırılması və tələbatın müəyyənləşdirilməsi
• Potensial müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması
• Satış strategiyasının hazırlanması, potensial müştərilərin axtarışını həyata keçirmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
• Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq məhsulları təklif etmək
• Ölkə üzrə tenderləri, layihələri və tədbirləri aktiv şəkildə izlənilməsi və onlar haqqında tam məlumatlı olunması
• Həftəlik və aylıq satış hesabatlarının hazırlanması
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• İş vaxtı 08:00 – 17:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə [email protected]-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Satış üzrə menecer ” qeyd etmələri xahiş olunur.