“Bank Respublika” ASC “Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın hüquqi şəxs və fərdi sahibkar müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formaları, əmanət kitabçalarını rəsmiləşdirmək;
- Hüquqi şəxs müştərilərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
- Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmaların həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: korporativ müştərilərə xidmət üzrə 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək emailin mövzu hissəsində Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə) şəklində qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.