“PAŞA Sığorta” ASC namizədləri İstifadəçi təcrübələri və interfeysi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Təhsil və təcrübə
• Bakalavr və ya daha yüksək dərəcəli təhsil
• Dizayn sahəsində 2 il və daha artıq təcrübəyə üstünlükdür
• Sığorta sahəsində təcrübəyə üstünlükdür
Xüsusi iş bilikləri
• İstifadəçi araşdırması və istifadəyə yararlılıq testlərini planlamağı, icra etməyi və sintezləməyi bacarmalı
• Masaüstü(fərdi kompüter), veb-saytlar və mobil tətbiqetmələr üçün interaksiya dizayn həlləri yaratmaqda bacarıqlı
• Mütəmadi olaraq platformalar üzrə dəyişən fərqli dizayn sistemləri ilə iş təcrübəsinə sahib
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək təcrübəsi
• Dizayn seçiminin əhəmiyyətini istifadəçilərə və dizayner olmayan paydaşlara çatdıra biləcək, güclü kommunikasiya bacarıqları
• Bu üç istiqaməti üzrə minimum hər hansısa ikisinə malik olmalı: İstifadəçi araşdırması, İnteraksiya dizaynı, Vizual dizayn
• Agile mühitdə proqram təminatı yaradılmasında möhkəm biliklər və Agile məhsul yaradılması quruluşlarında dizayn komandalarında təcrübə üstünlükdür
• UI proqram təminatında təcrübə - Figma və ya AdobeXD
• Front-end proqramlaşdırma üzrə anlayışların olması üstünlükdür
Tələb olunan yanaşma və davranışlar
• Vizualizasiyaların dizaynında müştəriyönümlülük
• “Sına və öyrən” yanaşmasına həvəsli
• Dizayn üçün abstrakt ideyalardan real həllər yaradabilən
• Problemlərin dizaynla həllində istəkli
• Güclü sahibkarlıq ruhuna sahib və son istifadəçinin maraqları üçün aktiv çalışan
• Yeni çətinliklərlə üzləşməyə və yeni bacarıqlar qazanmağa hazır
• Yardımsevər (komanda ilə işləməyi bacaran), maraqlı, anlayışlı, açıqfikirli və innovativ
Son müraciət tarixi: 26.07.2021
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.