Show

09 İyul

Unibank işçi axtarır – VAKANSİYA

Unibank Ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

• “Core banking” və “Processing” sistemlərinin inteqrasiyası və ya mövcud servislər üzrə dəyişikliklər.
• “Apache Kafka”dan məlumatların əldə olunması və emalı;
• Onlayn ödəmələr (E-commerce) sisteminin stabil isləməsinin təmin etmək;
• Onlayn ödəmələr siteminə yeni saytların/servislərin inteqrasiyası, konfiqurasiyaların təmin olunması;

Namizədə tələblər:

• Ali təhsil (Tətbiqi riyaziyyat, kompüter elmləri, informatika və ya bu sahəyə aid ixtisaslar arzuolunandır);
• Stressə davamlılıq;
• Kollektivdə işləmək bacarığı;
• İngilis və ya rus dilindən ən az biri üzrə “upper-intermediate” səviyyədə bilik.
• Yeni texnologiyaları öyrənməkdə həvəsli olmaq;

Tələb olunan texniki biliklər:

• Java SE, Java EE üzrə biliklər;
• Web servislər - Rest, SOAP üzrə iş təcrübəsi;
• Versiya control sistemləri (VCS) ilə iş təcrübəsi – əsasən Git;
• “Message Queue”, əsasən Apache Kafka üzrə iş təcrübəsi;
• Spring Framework, PL/SQL və mikroservislər üzrə bilik və təcrübə arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər və ya linkinə keçid edib vakansiyaya müraciət edə bilər.