Show

10 İyul

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Bakı filialları üzrə İpoteka üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

  • Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi satış bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə  satış planlarını yerinə yetirir.
  • Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması, üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir,  çarpaz satışa dəstək edir. 
  • Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka  kreditini rəsmiləşdirir
  • Verilmiş ipoteka ipoteka kreditilərin və problemli ipoteka  kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır. Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır.
  • Verilmiş ipoteka kreditilərin təminatı kimi, qəbul edilmiş əşyaları, daşınar və daşınmaz əmlakları, əmanət məbləğini Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılmasını həyata keçirir.

Tələblər :

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.