Show

02 İyul

Avromed Company işçi axtarır – VAKANSİYA

Şirkət: “Avromed Company” QSC
Vəzifə: Hüquqşünas


Şirkət “Hüquqşünas” vəzifəsinə işçi dəvət edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkət fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;
• Layihələrin, habelə xarici MA və daxili struktur dəyişikliyinin həyata keçirilməsində iştirakı;
• Hüquqi rəylərin hazırlanması;
• Böyük həcmdə daxili korporativ hesabatlarla işləməsi;
• Sanksiya siyahıları da daxil olmaqla podratçıların qüvvədə olan daxili qaydalara uyğun yoxlanılmasını həyata keçirir;
• İşçilər və şirkətin nümayəndələri üçün etibarnamələrin (notarial təsdiq də daxil olmaqla) hazırlanması və rəsmiləşdirilməsinin həyata keçirilməsi, habelə verilmiş etibarnamələrin reyestrinin aparılması;
• Təsis sənədlərin surətlərinin rəsmiləşdirilməsinin (notarial təsdiq də daxil olmaqla) həyata keçirilməsi;
• İşəgötürənin Notariat xidməti ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
• İş icazəsi və müvəqqəti yaşayış haqqında soruğuların göndərilməsinə və bu barədə arayışların əldə edilməsinə nəzarətin həyata keçirilməsi;
• Müqavilələrin hüquqi ekspertizasının və razılaşdırılmasının həyata keçirilməsi;
• Kontragentlər ilə bağlı iddia və tələblərin həllinin həyata keçirilməsi;
• Müqavilələrin razılaşdırılması üçün podratçilarla danışıqlar aparılması;
• Şirkətin kommersiya və inzibati-təsərrüfat fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
• Reklam materiallarının hüquqi ekspertizasını həyata keçirilməsi;
• Şirkətin maliyyə departamentinin fəaliyyətinə hüquqi dəstək verilməsi;
• Şirkətin rəhbərinə imzalanmaq üçün təqdim olunacaq əmr, təlimat, əsasnamə, siyasət və digər hüquqi xarakterli sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması;
• Şirkətin hüquq şöbəsinin layihələrinin müstəqil həyata keçirilməsi;
• Şirkətin lisenziya, icazə və/və ya akkreditasiya almasını tələb edən fəaliyyət istiqamətlərinin hüquqi hissəsini həyata keçirilməsi.

TƏLƏBLƏR:

• Hüquq sahəsi üzrə ali təhsili;
• Ən azı 5 il korporativ-hüquqi sahədə iş təcrübəsi;
• MMC, ASC və QSC ilə iş təcrübəsi;
• MA layihələrində iştirak, mürəkkəb struktur dəyişikliklərində təcrübə;
• İqtisadiyyatın hər-hansı bir sahəsinin iş proseslərinin yenidən təşkili layihələrində iştirak təcrübəsi;
• Müqavilələri ilə ən azı 5 il iş təcrübəsi;
• Kontragentlərlə müqavilələr bağlanan zaman şirkətin mövqeyini hüquqi əsaslarla müdafiə etmək, habelə şirkətin riskləri, qanunvericiliyin tələbləri və podratçının istəkləri arasında balans tapmaq bacarığı;
• Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
• Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
• Bir neçə tapşırığı eyni vaxtda yerinə yetirmək bacarığı;
• Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili - orta və yuxarı (ingilis dilində yazışmaq, sənədləri ingilis dilində oxumaq və yazmaq bacarığı);
• Qabaqcıl PC istifadəçisi;

Əsas bacarıqları:

- MA əməliyyatları
- Korporativ hüquq
- Müqavilə hüququ
- Müqavilə işi
- Əmək hüquqi
- Maliyyə hüququ
- Vergi hüquqi
- Təsərrufat hüququ

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 03.08.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.