Show

01 İyul

Beynəlxlaq Bank işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxlaq Bankı  Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis  axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, mühasibatlıq və iqtisadi sahədə);
  • Maliyyə təhlili, korporativ kreditlərin təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
  • CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
  • Azərbaycan və ingilis dilləri mükəmməl, rus dili biliyi orta səviyyədə olan;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
  • Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ kreditlərin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.