Show

01 İyul

eManat işçi axtarır – VAKANSİYA

Vəzifə adı: Proqram təminatının test və keyfiyyətinə nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:

• Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
• Proqram tətbiqlərinin yoxlanması və keyfiyyətinin təmin edilməsi;
• Texniki işlərin sənədləşməsi və hazırlanması;
• Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək
• Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması;
• Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığını yoxlamaq.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Windows, Web və Mobil API tətbiqlərinin (Java, C#, JavaScript, PHP, SQL) avtomatlaşdırlmış testi
• Keyfiyyəti təmin edən göstəriciləri müşayiət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.)
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Ən azı 1 il iş təcrübəsi;
• Məhsulların analizində analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Texniki sənədlərin tərtibi
• QA işlərində və Test İdarəetmə Proqramlarında (Test Menegment Software) təcrübə
• Kompyuter elmləri və ya Proqramlaşdırma bilikləri
• Komanda şəklində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate,
İş şəraiti :

• Ofis daxili;
• Əmək haqqı 600-900 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının test və keyfiyyətinə nəzarət üzrə mütəxəssis” yazılmalıdır .