Azərbaycan Beynəlxalq Bankı tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
- “Nostro” və “Loro” hesabların açılmasına dair müvafiq rəylərin hazırlanması;
- PL/TMM sahəsi üzrə müxbir banklar konfranslar, telefon zəngləri və işçi görüşlər vasitəsi ilə müzakirələrin aparılması;
- İcra olunmuş köçürmələrlə bağlı müxbir banklardan daxil olmuş sorğuların cavablandırılması və müxbir banklara göndərilməsi nəzərdə tutulan sorğuların hazırlanması;
- Bankda mövcud hesabların (o cümlədən hüquqi və qeyri-rezident fiziki şəxslərə açılan hesabların) “FATCA” və “CRS” tələblərinə uyğun monitorinqin həyata keçirilməsi;
- Maliyyə institutlarına aid mərkəzləşdirilmiş məlumat portallarında PL/TMM sahəsi üzrə Bank haqqında tələb olunan məlumatların (sənədlərin) yerləşdirilməsi və yenilənməsi;
- “FATCA” və “CRS” tələbləri üzrə zəruri işlərin həyata keçirməsi və hesabatların hazırlanması.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
- Banklarda müştərilərə xidmət sahəsində minimum 1 - 3 il iş təcrübəsi olan;
- Ofis proqramlarında sərbəst iş bacarığı olan;
- Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
- Problemləri həlletmə bacarığı olan;
- Analitik təhlil bacarığı olan;
- Komandada iş bacarıqlarına sahib olan;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis ")
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az