Show

22 İyun

Texnomart işçi axtarır – VAKANSİYA

"Texnomart" mağazalar şəbəkəsi "Satış məsləhətçisi" vakansiyasını açıq elan edir.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini səlis bilməli;
• Müvafiq sahə üzrə ən azı 2 ilə yaxın iş təcrübəsi arzu olunandır;
• MS Windows, Microsoft Office (Excel, Word, Outlook) səviyyə: yaxşı
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Xoş xarici görünüşü olmalı.

Vəzifələr:

• Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.

Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] elektron ünvanına subject/mövzu hissəsinə "Satış məsləhətçisi" yazıb göndərə bilərsiniz.