Azərlotoreya Çağrı Mərkəzi Operatoru vəzifəsinə işçi axtarır.
Vəzifə təlimatı:
- Şirkət məhsullarının telefonla müştərilərə ilkin izahın verilməsi və satışın təşkili
- Mövcud kampaniyalar və məhsul seçimində agentlərə yardımçı olmaq,
- Sifarişlərə nəzarət etmək
- Rəhbərliyə işin gedişatı ilə bağlı hesabat vermək.
- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- Xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
Tələblər:
- Telefonda ünsiyyət və dinləmə bacarığı
- Təqdimat bacarığı
- Fikrini aydın ifadə etmə bacarığı, səlist danışıq qabiliyyəti
- Etirazlarlarla işləmə bacarığı
- Stressə davamlılıq
- Tələbkar və məqsədyönlü
- Komandada işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Rus dili (yüksək), İngilis dili (orta səviyyədə)
- Ofis proqramları: Word, Excel, Outlook
Biz Sizə qabağcıl şirkətlərin birində çalışmaq imkanı təqdim edirik!
Əgər təklifimiz Sizə maraqlıdırsa CV-ni “Çağrı Mərkəzi Operatoru” mövzusu ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.