Show

22 İyun

Bizim Market işçi axtarır – VAKANSİYA

“Bizim Market” Mağaza direktoru vəzifəsinə işçi axtarır.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Sahə üzrə 1 il iş təcrübəsi;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı;
• İşgüzar davranış etikası;
• Satış texnikası və prinsiplərini bilməli;
• Alıcılara keyfiyyətli xidmətin təşkili;
• Kompüter bilikləri (MS Office);

İş haqqında məlumat:

• Marketin personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
• Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək;
• Market və personalın səliqə və təmizliyinə nəzarət etmək.

İş şəraiti:

• 6 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı 1500 AZN + Əlavə olaraq satışdan bonus (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir)

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.