Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Məlumat bazası şöbəsi
Vəzifə: Məlumat bazası şöbəsinin mütəxəssisi(SQL Developer)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 15 iyun 2021
Vəzifə Öhdəlikləri:
1. Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək.
2. Hesabatların tərtib edilməsi üçün məlumat bazasının arxitekturasını yaradılması (Table, view və s.)
3. Məlumatların müxtəlif sistemlərdən Hesabatlıq sisteminə transfer olunması üçün ETL prosedurlarının yaradılması və dəstəklənməsi
4. Məlumatların periodik yüklənməsi üçün JOB, Trigger, prosedur və funksiyaların yaradılması və işinə nəzarət etmək
5. Yeni hesabatların yaratmaq və mövcud hesabatlarda dəyişikliklər tətbiq etmək
6. SQL və T-SQL skriptlərin, funksiyaların yazılması, test edilməsi
7. Proqram tələblərinə uyğun olaraq test planlarının və senarilərin hazırlanması / nəzərdən keçirilməsi;
8. Verilənlər bazası təsirləri, səhvlər və ya istifadəyə dair test nəticələrinin təhlili.
Namizədə olan tələblər:
İş təcrübəsi: İnformasiya texnologiyaları sahəsi ( MS SQL) üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
Üstünlüklər: Avtomatlaşdırılmış test monitorinq sistemlərindən istifadə təcrübəsi, İnformasiya texnologiyaları, riyaziyyat, kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi.
Kompüter bilikləri: MSSQL(T-SQL PSQL): əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər, //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.