Şirkət: “ADORE kompani” MMC” (İdeal perfumery cosmetics/Sabina perfumery cosmetics)
Vəzifə: “Mal-material üzrə mühasib”
Namizədə tələblər
- Xanım namizədlər
- Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel) və 1 C 8.2 proqramında sərbəst işləmək təcrübəsi;
- Məsuliyyətli və işində dəqiq olmaq;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
İşin təsviri
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunun təmin edilməsi; - Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Müəssisənin nümayəndəliklərində mal-materiala və əsas vəsaitlərə cavabdeh olacaq maddi-məsul şəxslərin təyin edilməsi və müəyyən dövr ərzində nümayəndəliklərdən mal-material və əsas vəsaitlərin inventarizasiyasını tələb etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib edilməsinə nəzarət etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması;
- Şöbə müdiri və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
İş şərtləri
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
- İş vaxtı 09:00 – 18:00;
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Əmək haqqı müsahibə əsnasında;
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mal-material üzrə mühasib” qeyd etmələri xahiş olunur.