Azərbaycan Beynəlxalq Bankı törəmə müəssisəsi olan “Azərikard” MMC daxilində İBA İnnovasiya Mərkəzinə Tələbə və Rezidentlərlə iş üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- İnnovasiya Mərkəzinin Startup-ları ilə birbaşa əməkdaşlıq etmək və onları koordinasiya etmək;
- Startup-lar ilə İnnovasiya Mərkəzi arasında müqavilələr və aidiyyəti digər administrativ sənədlərin hazırlanmasına dəstək vermək və prosesi koordinasiya etmək;
- Bankın daxili struktur şöbələri ilə İnnovasiya Mərkəzinin Startup-larının biznes və texniki məsələlərinin müzakirəsi və dəyərləndirilməsi ilə bağlı əlaqələrini qurmaq və onlara dəstək olmaq;
- İnnovasiya Mərkəzinin Startup-larına dəstək verən Mentor və Konsultant şirkətlər və fiziki şəxslər ilə münasibətlərinin qurulmasını və koordinasiyasını icra etmək;
- Startup-ların mentorluq və təlim sessiayalarında iştirak etmək və onlardan cari vəziyyətləri ilə bağlı hesabatları əldə etmək;
- Təqdimat günlərinin təşkil edilməsində və hədəf kütləsinə çatdırılması və təqdimatında birbaşa iştirak etmək;
- Təqdimat günlərindən sonra Startup-lara maraq göstərən potensial İnvestorlar ilə onların görüşlərinin təşkil edilməsindən və koordinasiyasından cavabdeh olmaq;
- İnvestorların tələbləri ilə bağlı Startup-ların üzərinə düşən işin icra prosesini izləmək;
- Startup-ların layihələrində tətbiq etməli olduqları bütün işlərin icra statusları ilə bağlı İnnovasiya Mərkəzinin rəhbərliyinə mütəmadi olaraq hesabatlar vermək.
Bizim üçün ideal namizəd:
Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
- İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
- Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
- Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
- Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
- Agile Scrum metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tələbə və Rezidentlərlə iş üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az