Show

10 May

Baş Auditor - VAKANSİYA

PAŞA Holdinq strateji aktivi olan PAŞA Bank şirkətinə Baş Auditor/Qrup rəhbəri vakansiyasına təcrübəli namizədləri işə dəvət edir.

İşin təsviri:

• Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
• Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
• Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
• Audit layihəsinin nəticələri barədə hesabatı hazırlamaq;
• Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
• Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
• Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
• Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
• Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
• Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
• Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
• Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
• Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
• CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir;
• Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
• Bankçılıq sahəsini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Əla ünsiyyət, idarəetmə və liderlik bacarığı;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV-lər [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;
• CV-lər 04 iyun, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.