Show

08 May

“Xalq Həyat” Sığorta işçi axtarır

“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

• Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
• Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
• Debitorlarla iş və onların ödənişinə nəzarət etmək;
• Fərdi satışların həcminin artırılmasını təmin etmək;
• Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
• Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Tələblər

• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
• Sürücülük vəsiqəsinin olması mütləqdir.

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir.

Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: [email protected]