Show

07 May

“PAŞA Bank”  işçi axtarır

“PAŞA Bank” ASC olaraq Kiber Təhlükəsizlik Administrasiyası üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Mövcud kiber təhlükəsizlik sistemləri administrasiyasının icrası;
• Yeni kiber təhlükəsizlik həlləri və funksionallıqlarınının tətbiqi;
• “Microsoft 365” və “Azure Security” həllərinin tətbiqi və administrasiyasının icrası;
• Sistem konfiqurasiyalarının təhlükəsizlik tələblərinə cavab verməsinin təmin edilməsi; (“security hardening”)
• Daxili və xarici audit aşkarlanması, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan sorğular əsasında sistemlərdə müvafiq dəyişikliklərin edilməsi və təkmilləşdirilməsi;
• Kiber insidentlərə cavab üzrə fəaliyyətlərdə iştirak;
• Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyat və icrasının həyata keçirilməsi;
• Hesabatların hazırlanması;
• Bankın siyasət və proseslərinə riayət edilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya Texnologiyaları, Kiber təhlükəsizlik və digər müvafiq ixtisaslar üzrə Bakalavr təhsili
İş təcrübəsi: Kiber təhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
Xarici dil : İngilis dili
Kompüter bilikləri:
Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər (LDAP, DNS, DHCP, Syslog,. SMTP etc.)
Windows və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar
Kiber təklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (Antimalware, SIEM, PAM, M365 Security, DLP və s.)
İnformasiya təhlükəsizliyi sahəsində ümumi biliklər
Digər: güclü analitik düşüncə , ünsiyyət və problem həll etmə ; komandada işləmə bacarıqları. ;
Üstünlük verilir: Kiber təhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.05.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kiber Təhlükəsizlik Administrasiyası üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.