“PAŞA Sığorta” ASC “Müştəri Məmnuniyyəti Xidməti üzrə mütəxəssis” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Müştəri müraciətlərinin araşdırılması
• Müştəri sorğularının keçirilməsi
• Telefon Mərkəzləri və Ön Masa dəyərləndirməsinin keçirilməsi
• Müştəri müraciətləri ilə bağlı rəhbərliyə təqdim edilən hesabatların hazırlanması
• Müştərilərdən daxil olan məktubların araşdırılması və yazılması
• Satış ssenari və Xidmət keyfiyyət meyarları əsasında danışıq keyfiyyətinin dəyərləndirilməsi
• Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi
• Xidmət keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət
• Kritik və qeyri-kritik səhvlərin təyin olunması, Dəyərləndirmə formunun yenilənməsi
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması
BİLİKLƏR
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, Azərbaycan dilində mükəmməl yazı bacarıqları (Orta səviyyədə İngilis dili arzuolunandır)
• MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı
TƏCRÜBƏ
• Müştərilərlə iş sahəsində (telefon vasitəsilə və üzbəüz) minimum 3 il iş təcrübəsi
• Şikayətlərin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi
• Sığorta sahəsində minimum 1 il iş təcrübəsi
BACARIQLAR
• Səlis nitq, fikri aydın izah etmə bacarığı
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Stressə davamlılıq
• Komandada işləmək bacarığı
• Problem həll etmək bacarığı
• Nəticə yönümlülük
• Keyfiyyət yaratmaq bacarığı
Son müraciət tarixi: 05 İyun 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.