Show

05 May

“PAŞA Bank” işçi axtarır

“PAŞA Bank” ASC Büdcələmə və MİS departamentinin MİS şöbəsinin Mütəxəssisi kimi komandamıza qoşulmağa güclü namizədlər axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

• Hesabat və analitik məqsədlər üçün Bankın bütün bölmələri tərəfindən tələb olunan məlumatları təqdim etmək bacarığı. Ehtiyac olduğu halda eyni tipli və oxşar sorğular üçün məlumat təmin etmə müddətini optimallaşdırmaq
• İş prosesi zamanı məlumat keyfiyyəti ilə bağlı hər hansı bir problem aşkar edildikdə, dərhal lazımi tədbirlər görmək
• Sorğuya əsasən müntəzəm olaraq Rəhbərliyə ətraflı məlumat verən (aylıq / rüblük / illik) hesabatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və Magistr təhsili.
• İş təcrübəsi: Bank sahəsində minimum 2 il iş təcrübəsi
• Əsas bacarıqlar: SQL, maliyyə və mühasibatlıq üzrə biliklər
• Xarici dil: Səlis Azərbaycan dili, İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
• Kompüter bilikləri: Microsoft Office, Excel (yüksək səviyyədə)
• Digər bacarıqlar: Analiz, qərarvermə və ünsiyyət bacarıqları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.05.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “MİS şöbəsinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.