Kapital Bank namizədləri İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi və monitorinqi şöbəsinin aparıcıbaş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
• Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
• İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
• İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət; • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
• Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
• Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
• Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
• Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.
Tələblər
• Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
• İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması; • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
• İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
• CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
• Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] e-mail ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.