Show

27 Aprel

“PAŞA Bank” işçi axtarır 

“PAŞA Bank” ASC olaraq Korporativ və İnstitusional Bankçılıq şöbəsinin Kredit Risk Anderrayteri kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizə və limitlərinin anderraytinqinin təmin edilməsi;
• Kredit komitəsi və ya birbaşa kredit risklərinin anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi;
• Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
• Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması;
• Müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi;
• Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
• Təcrübə: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3 il
• Lisenziya/ Sertifikat: Maliyyə təhlili, Kredit, Risk, CFA
• Dil biliyi: Səlis Azərbaycan və İngilis
• Kompüter bilikləri: Microsoft Office
• Digər: Analitik düşüncə, qərarvermə və ünsiyyət bacarıqları
• Üstünlük verilir: Rus dili biliyi və ACCA üzrə sertifikatlar

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 15.05.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kredit Risk Anderrayteri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.