PAŞA Bank Xəzinədar əizfəsinə işçi axtarır
Vəzifənin məqsədi: Şöbədə kassa əməliyyatların aparılması
Vəzifə öhdəlikləri
• Daxil olmuş pulların sayılması
• Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması
• Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək
• Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması
• Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
• ABS-də müxabirləşmələrin aparılması
• Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
• Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi
• Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi
• Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi
• Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə).
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 3 il
• Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
• Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Xəzinədar” yazaraq göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30.04.2021