Show

13 Aprel

"Bank BTB" işçi axtarır – VAKANSİYA

Bank “BTB” ASC Ümumi şöbənin arxivariusu vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

1. Bankda kargüzarlıq və arxiv işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirir;
2. Bankın Baş ofis və filiallardan təhvil-təslim aktı əsasında arxivə saxlanmağa verilən sənədləri qəbul edir;
3. Arxivə saxlanmağa təhvil verilmiş sənədləri olduğu qovluqlardan çıxarıb müvafiq karton qovluqlara tikir;
4. Hər bir sənədin növünü, tarixini üzlüklərin üzərində qeydiyyatını aparır;
5. Hər bir sənədə sistem nömrəsi verir və onları müvafiq qaydada il bölgüsü şərti ilə arxiv qaydalarına əsasən rəflərə yığır;
8. Baş ofis və filiallardan arxivə saxlanmağa təhvil verilən sənədlərin əsli sorğu olunduqda, tələbnamə əsasında sənədin əslini aktlaşdırılmış şəkildə təhvil vermək və sənədlərin surətini müvafiq qovluqlara yığır;
10. MAİ nəzdində İdarə sənədlərinin qaydaya salan mərkəzin iştirakı ilə saxlanma müddəti bitən sənədləri müvafiq akt əsasında ləğvini həyata keçirir.

Namizədə tələblər:

- Arxiv sahəsində iş təcrübəsi;
- Kargüzarlığın və arxivləşmənin təlimatlarına uyğun aparılması;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq kompüter proqramları ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Arxivarius” göstərməyiniz xahiş olunur.