VTB Bank mütəxəsis vəzifəsinə işçi axtarır.
Əməkdaşın əsas funksiyaları:
• Əmlak satışı üzrə həyata keçirilən tədbirlərin monitorinqi və uçotu prosedurunun təşkili;
• Problemli borcla iş çərçivəsində Bankın balansına qəbul edilmiş girov və əmlaka baxışın həyata keçirilməsi, öyrənilməsi;
• Əmlak satışı məqsədilə elanların yerləşdirilməsi və digər təbirlərin həyata keçirilməsi;
• Əmlakla işləmək üçün kontragentlərin axtarışı və seçilməsi prosedurunun təşkili, əməkdaşlıq üçün daxil olan təkliflərin qəbulu.
Namizədə əsas tələblər:
• Ali təhsil;
• "Banklar haqqında" Qanunu, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ aktlarına bələd olmaq;
• MS Office ofis proqramlarını bilmək;
• Rus və Azərbaycan dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışmalar aparmaq bacarığı;
• Məsuliyyət, operativlik, ünsiyyət bacarıqları və komanda işi;
• Qarşıya qoyulmuş məqsədə əvvəlcədən təyin olunmuş müddət çərçivəsində nail olmağa istiqamətlənmə.
E-mail: [email protected]