Show

07 Aprel

"Ferrum Capital" işçi axtarır – VAKANSİYA

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC insan resursları şöbəsində sonuncu kurs tələbələri və yeni məzunlar üçün təcrübə proqramı elan edir.

Komandamıza qoşulmaqla əldə edəcəksiniz:

- İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi ilə yaxından tanışlıq
- Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
- Namizədlərin adaptasiya prosesində birbaşa iştirak
- Əlverişli iş mühitində təcrübə keçib yeni bilik və bacarıqlar öyrənmə imkanı

Tələblər:

• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər
• Azərbaycan dili şifahi və yazılı formada əla bilmək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Səlis və aydın nitq qabiliyyəti
• Word, Excel üzrə orta biliklər

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.