ParaBokt Marketoloq vəzifəsinə işçi axtarır.
Əmək haqqı 1200-2000 manat
İş günləri 1-6-cı günlər, bazar günü – istirahət
Əsas vəzifə və öhdəlikləri
• Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının koordinasiyası;
• Şirkət brendinin gücləndirilməsi, imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili
• Şirkətin sosial media səhifələrində və saytında aktivliyin təmin edilməsi, məlumatların yenilənməsi
• Məhsulların müştəriyə media vasitəsilə çatdırılması
• Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi
• Satışın səviyyəsinin yüksəldilməsi məqsədilə yeni təkliflərin irəli sürülməsi
İş qrafiki: 09:00-dan 18:00-dək, 6 gün iş günü bazar istirahət günü
Namizədə tələblər:
– Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
– Müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
– Analitik düşüncə tərzi, kreativlik, təşəbbüskarlıq, məsuliyyətlilik
– Marketinq strategiyaları və üsulları üzrə biliklər
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Marketoloq" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.