“AzerGold” Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun müdiri vəzifəsinə işçi axtarır.
Əsas vəzifə və öhdəliklər:
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;
• Cəmiyyətin işçilərinin və qonaqlarının müvafiq prosesə (prosedura) uyğun Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan xidməti avtonəqliyyat vasitələri ilə xidməti işlərlə bağlı Bakı şəhərdaxili və ölkədaxili daşınmasını təşkil etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək; Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;
• Lİİ şöbəsinin tabeçiliyində olan avtomobillərin texniki qulluq və təmiri ilə əlaqədar hesabatların hazırlamasını təşkil etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtomobilləri idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasına nəzarət etmək;
• Xidməti zərurətlə bağlı yüklərin ölkə daxili və ölkə xarici göndərilməsini təşkil etmək;
• Yüklərin göndərilməsi və gətirilməsi ilə bağlı gömrük sənədləşdirilməsinin aparılmasının təşkili;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• İşgüzar danışıqlar və yazışma aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik;
• Gömrük orqanları ilə iş təcrübəsi;
• İncoterms şərtlərini bilməli;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları bilməli. (SAP arzuolunandır).
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Minimum 4 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.