PASHA Holding İnnovasiya üzrə proqram koordinatoru vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
• Qrup üzrə Strateji aktivlərin layihə komandalaranın və departament görüşlərinin idarəedilməsi;
• Daxili və xarici maraqlı tərəflərlə (universitetlər, inkubatorlar, akselerasiya proqramları, digər innovativ ekosisteminin iştirakçıları) güvənli, əməkdaşlıq münasibətləri və ortaqlıqlar qurmaq və davam etdirmək;
• Müsabiqələr, işgüzar nahar və öyrənmə kimi daxili tədbirləri dəstəklənməsi və idarəedilməsi;
• Veb sayt / intranet səhifələriç eyni zamanda sosial media postlarının hazırlanması, uzlaşmanı təmin etmək məqsədilə korporativ əlaqələr komandamız ilə əməkdaşlıq;
• Qrup daxilində innovasiya proqramının həyata keçirilməsinə dəstək;
• Hackatonlar, startup yarışmaları kimi xarici innovasiya tədbirlərinin təşkili;
• İntranetdə daxili fikir yaratma vasitəsinin (İnnovasiya Səhifəsi) qurulması, eyni zamanda ideya işlənməsi üçün çərçivənin yaradılması;
• İnnovasiya bülleteninin yaradılması;
• İnnovasiya komandasına digər müvafiq tapşırıqlarda dəstək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Strategiya, əməliyyat, layihələrin idarəedilməsi sahədə 2-5 illik təcrübə;
• Kompleks layihələrin dəstəklənməsi üzrə nailiyyətlər və funksiyalararası komanda üzvləri ilə möhkəm əlaqələr qurma təcrübəsi;
• Mürəkkəb məlumatları anlamaq, təhlil etmək və əməli tövsiyələrə çevirmək və habelə onları asan anlaşılan bir şəkildə çatdırmaq bacarığı;
• Nağd pul vəsaitlərinin hərəkəti, IRR, NPV və s. daxil olmaqla maliyyə və modelləşdirmə sahəsində təməl biliklər;
• Layihələrin idarəedilməsi bacarıqları (Layihəyərin idarədilməsi sertifikatlarının mövcudluğu üstünlükdür);
• Müxtəlif sahələr üzrə fərqli iş təcrübəsi üstünlükdür;
• Strateji baxış;
• Güclü təşkilatçılıq, məsləhətləşmə və danışıq aparma bacarıqları və təcrübəsi;
• Güclü ünsiyyət bacarığı və etibarlı eyni zamanda və məhsuldar əlaqələr qurmaq bacarığı;
• Yeni texnologiyalara maraqlı olmaq və son trendlərdən məlumatlılıq;
• Səlis ingilis dili, habelə türk və rus dillərinin biliyi üstünlükdür;
• Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramlarının biliyi;
• İnnovasiya trendlərindən məlumatlılıq Maliyyə / Sığorta sahəsində biliklərə üstünlük verilir;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İnnovasiya üzrə proqram koordinatoru” qeyd olunmalıdır;
• CV-lər 03 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.