Vakansiya: Mühəndis (smeta üzrə)
Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
• Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
• Minimum 4-5 il müvafiq sahədə iş təcrübəsi;
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Kompüter bilikləri: Excel və AutoCAD proqramları (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir);
Əsas vəzifə öhdəlikləri:
• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
• Layhəyə əsasən iş həcmlərinin çıxarılması
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi
E-mail : [email protected]
Mövzu hissəsində " Mühəndis (smeta üzrə)" qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.